10:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə yönəldilmiş tədbirlər 2019-cu ildə də davam etdirilmişdir.
 
Dekabrın 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Müvəkkil təsisatı muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, həmçinin bu hüquqların davamlı inkişafına yönəlmiş tədbirləri 2019-cu ildə də davam etdirmiş, Müvəkkil fəaliyyətini, əsasən, daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, preventiv mexanizm funksiyasının icrası, dövlət orqanları, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirmişdir.
2019-cu ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 87 müraciətin daxil olduğunu diqqətə çatdıran Ülkər Bayramova bildirmişdir ki, müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan müraciətlər cavablandırılmışdır.
Məruzəçi vurğulamışdır ki, 2019-cu ildə də Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb edən hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir. Belə ki, 2019-cu ilin ötən dövrü ərzində Müvəkkil təsisatı tərəfindən, ümumilikdə insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müxtəlif sosial qruplara ünvanlanmış 81 tədbir keçirilmiş, habelə hüquqi maarifləndirici vəsaitlər təqdim edilmişdir. 
Ombudsman Ülkər Bayramova çıxışında bildirmişdir ki, 2019-cu ildə Müvəkkil preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 107 başçəkmə həyata keçirmiş, preventiv mexanizmin fəaliyyəti və insan hüquqlarının digər sahələri üzrə keçirilən maarifləndirmə tədbirlərində 1350 nəfər iştirak etmişdir. Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdə saxlanılan şəxslərin sosial, tibbi, habelə qanunla müəyyən edilmiş digər hüquqlarının təmin edilməsi, həmçinin onların asudə vaxtının təşkil edilməsi üçün müasir standartlara uyğun müvafiq şərait yaradılmışdır. 
Ombudsman bildirmişdir ki, 2019-cu il ərzində Müvəkkil təsisatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə keçirilən görüşlərdə, həmçinin Müvəkkilin iştirak etdiyi beynəlxalq konfranslarda muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlər, təsisatın fəaliyyəti barədə geniş məlumat verilmiş, təcrübə mübadiləsi və bu sahədə maraqdoğuran digər məsələlər müzakirə edilmişdir. 
Məruzəçi qeyd etmişdir ki, 2019-cu ildə informasiya və ictimaiyyətlə əlaqələrin təşkili, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da genişləndirilməsi və fəaliyyətin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Müvəkkilin rəsmi internet səhifəsinin informasiya yükü daha da artırılmış, Müvəkkil və təsisatın insan hüquqları sahəsində fəaliyyətinin işıqlandırılması ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği işi ardıcıl davam etdirilmiş, informasiyalar mütəmadi olaraq yenilənmiş, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Qeyd olunmuşdur ki, Təsisatın 2019-cu ildə fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 145, Müvəkkilin rəsmi internet səhifəsində 156, habelə muxtar respublikamızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği ilə bağlı 192, ümumilikdə isə 493 informasiya materialı Müvəkkilin rəsmi internet səhifəsində və digər kütləvi informasiya vasitələrində yerləşdirilmişdir. 
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova qarşıda duran vəzifələrdən danışaraq qeyd etmişdir ki, 2020-ci ildə də Müvəkkil təsisatı müvafiq sahələr üzrə fəaliyyətini davam etdirərək dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edi¬lən müsbət təcrübənin daha da inkişaf etdirilməsi və mütəmadi təkmilləşdirilməsi istiqamətində səylərini artırmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. 
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üçün iş planı təsdiq edilmişdir.
Yığıncağa Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurmuşdur.
 
30.12.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).