17:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Aqrar Sığorta Fondunun yaradılması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.

 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında aqrar sığorta sisteminin təşkili və inkişafını təmin etmək məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasında "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra - Fond) yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. Fondun nizamnaməsini təsdiq etsin;
2.2. Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etsin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Naxçıvan Muxtar Respublikasnının Maliyyə Nazirliyi aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etsin.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV


Naxçıvan şəhəri, 8 yanvar 2020-ci il
 
  09.01.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).