15:17 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Darkənd su dəyirmanı yenidən qurulub.
 
Naxçıvanda tarixən su dəyirmanlarından geniş istifadə olunub. Ruzi-bərəkət rəmzi kimi məişət mədəniyyətimizin ayrılmaz parçası olan su dəyirmanları həm də taxılçılığın inkişafının təzahürüdür. Taxılın su dəyirmanlarında üyüdülməsi ilə bağlı yaranan adət-ənənələr onun əhəmiyyətini bugünədək qoruyub saxlamışdır. Hazırda muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların sağlam həyat tərzinə hesablanıb. 
Yanvarın 13-də Ordubad rayonunun Darkəndində su dəyirmanı istifadəyə verilmişdir. 
 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd sakinləri ilə görüşmüş, onları təbrik edərək demişdir: Vaxtilə su dəyirmanından bu ərazidə yaşayan insanlar istifadə etmişdir. Ötən əsrin 90-cı illərin acı nəticələri bu cür abidələrimizə də təsir etmiş, su dəyirmanlarının fəaliyyəti dayanmışdır. Lakin bir neçə ildir ki, muxtar respublikamızda su dəyirmanlarının bərpasına başlanılıb. Bu gün isə Darkənd Su Dəyirmanı yenidənqurmadan sonra istifadəyə verilir. Muxtar respublikamızın bütün ərazisində müasir dəyirmanlar fəaliyyət göstərir. Lakin su dəyirmanlarında istehsal olunan una ehtiyacı olan insanlar var. Ona görə də su dəyirmanlarının bərpası diqqətdə saxlanılır. 
 
 
 
Kənd sakini Qədim Sultanov demişdir: Ordubad rayonunun Azadkənd, Darkənd və Aza kəndlərində taxılçılıq inkişaf edir. Əvvəllər çox çətinliklər yaranırdı. Taxılı qonşu kəndlərə apararaq üyüdürdük. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində su dəyirmanının yenidən qurulması bu çətinliyi də aradan qaldırdı. Qədim Sultanov sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. 
Sonra açılışı bildirən lent kəsilmişdir. Məlumat verilmişdir ki, bu dəyirman muxtar respublikada bərpa olunan beşinci su dəyirmanıdır. Sahəsi 69 kvadratmetr olan Darkənd Su Dəyirmanının gündəlik istehsal gücü 1 tondur. Dəyirmana 157 metr məsafədən su kanalı çəkilmiş, ətrafı abadlaşdırılmış, kənddaxili 500 metr yol təmir olunaraq qum-çınqıl qatı verilmişdir. 
 
 
 
14.01.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).