1:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzunmüddətli müşahidəçiləri ilə görüşüb.
 
23 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayaramova ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının muxtar respublikaya təyin olunmuş uzunmüddətli müşahidəçiləri İnqo Büttner və Elizaveta Borisova ilə görüşüb.
Görüşdə Ülkər Bayramova muxtar respublikada insan hüquqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi istiqamətində görülən işlər, muxtar respublikada müstəqil Ombudsman təsisatının əsas fəaliyyət istiqamətləri, müxtəlif əhali qruplarının müdafiəsi, hüquqi maarifləndirmə, beynəlxalq əməkdaşlıq, həmçinin muxtar respublikada seçki hüququnun təmin edilməsi, azad seçki mühiti, seçkilərin demokratik, şəffaf keçirilməsi üçün yaradılan şərait barədə qonaqlara ətraflı məlumat vermişdir. 
Görüş zamanı insan hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunmuşdur.
 
              23.01.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).