13:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı.
 
 

2020-ci il aprelin 28-də bəstəkar Məmməd Qəzənfər oğlu Məmmədovun anadan olmasının 100 illiyi tamam olur.
Məmməd Məmmədov Naxçıvanda musiqi sənətinin və təhsilinin inkişafına xidmət etmiş, bir çox ansambl və xor kollektivlərinin yaradılmasının təşəbbüskarı olmuşdur. Onun 1956-cı ildə yaratdığı "Əlvan çiçəklər" mahnı və rəqs ansamblı muxtar respublikada musiqi və rəqs mədəniyyətinin inkişafında mühüm mərhələ təşkil edir.
Bəstəkar kamera-instrumental musiqinin bir çox janrlarında əsərlər, nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün mahnı və romanslar yazmış, xalq mahnı və rəqslərini toplayaraq nota köçürmüş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında hazırlanan 30-dan artıq tamaşaya musiqi bəstələmişdir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, musiqi sənətinin inkişafında xidmətləri olmuş bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında keçirilsin.
2. "Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı" təsdiq edilsin.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 28 yanvar 2020-ci il
  
          29.01.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).