9:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə hüquqi maarifləndirmə tədbirləri cari ildə də davam etdirilir. 
 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə həyata keçirilən hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2020-ci ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq yanvarın 31-də Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, Sadiq Babayev, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin işçi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər tibb işçilərinin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır.
Sonra Vahidə Bayramova tədbirdə icbari tibbi sığortanın mahiyyəti və bu sahədə qanunvericiliyin tələbləri barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, qeyd etmişdir ki, bu gün ölkəmizdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. 
Qeyd olunmuşdur ki, ölkəmizdə səhiyyənin inkişafı, tibbi sığortanın təşkili istiqamətində bir sıra qanunvericilik aktları qəbul edilmişdir ki, bunlardan biri də 28 oktyabr 1999-cu il tarixdə Azərbaycan Reapublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş Tibbi sığorta haqqında Azərbaycan Reapublikasının Qanunudur. Bu Qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.
Ombudsmanın əməkdaşı bildirmişdir ki, qanunvericiliyə əsasən ölkəmizdə tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizdə tibbi sığortanın təşkili istiqamətində həyata keçirilən islahatlarının muxtar respublikamızda da uğurla davam etdirildiyini diqqətə çatdıran V.Bayramova vurğulamışdır ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar rayon və şəhər mərkəzi xəstəxanalarında yenidənqurma işləri aparılmış, ən müasir texnoloji yenilikləri özündə birləşdirən tibbi cihaz və avadanlıqlar alınmış, "Səhiyyə İnformasiya İdarəetmə Sistemi" qurulmuş və vahid məlumat bazasının idarə edilməsi üçün server otağı təşkil edilmişdir. 
Qeyd olunmuşdur ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq Sədərək, Şərur, Kəngərli, Şahbuz, Ordubad, Culfa və Babək rayonlarında, o cümlədən Naxçıvan şəhərində icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanılmışdır.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
         31.01.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).