Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Radio-Televiziya Ötürücü Mərkəzipublik hüquqişəxsə çevrilsin. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 2.1. Publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etsin; 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 1 fevral 2020-ci il 03.02.2020
|