"Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi" publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq "Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi" publik hüquqi şəxsin işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə qərara alıram: 1. "Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi" publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları 2020-ci il fevralın 1-dən 50 faiz artırılsın. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 5 fevral 2020-ci il 06.02.2020
|