"Oğuz səsi" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc edilmişdir. Sual: Hansı şəxslərin passiv seçki hüququ yoxdur? Cavab: Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq aşağıdakı şəxslərin Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ, yəni passiv seçki hüququ yoxdur: - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər; - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər; - ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək); - xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək). 10.02.2020
|