"2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada idmanın inkişafının təmin edilməsi məqsədilə qərara alıram: 1. "2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin 2. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 14 fevral 2020-ci il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir 2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair DÖVLƏT PROQRAMI Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlər əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynayır. Muxtar respublikada fəaliyyət göstərən 58 idman müəssisəsi və 886 idman obyektində 40 minə yaxın uşaq və gənc idmanla məşğul olur. Qurulan müasir idman infrastrukturu Naxçıvanda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır. 2019-cu ildə muxtar respublikada 5 beynəlxalq, 1 ölkə səviyyəli olmaqla 386 idman tədbiri keçirilmiş, idmançılarımız Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə, Azərbaycan birinciliklərində yüksək nailiyyətlər əldə edərək muxtar respublikamızın idman nüfuzunu qaldırmağa müvəffəq olmuşlar. Muxtar respublikada idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanan proqram müasir dövrün reallıqları nəzərə alınmaqla uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsinə, əhalinin fiziki sağlamlığının qorunmasına yeni imkanlar yaradacaqdır. II. Proqramın məqsədi Proqramın məqsədi aşağıdakılardan ibarətdir: -əhalidə sağlam həyat tərzinin formalaşdırılması; -uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi; -istedadlı idmançıların üzə çıxarılması; -bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi; -idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması. III. Gözlənilən nəticələr Dövlət Proqramda nəzərdə tutulan tədbirlərin icrasından gözlənilən nəticələr aşağıdakılardır: -cəmiyyətdə sağlam həyat tərzi formalaşacaq; -bədən tərbiyəsi və idman kütləvi xarakter alacaq; -beynəlxalq əməkdaşlıq imkanları genişlənəcəkdir. IV. Dövlət Proqramının maliyyələşdirilməsi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. V. Proqramın həyata keçirilməsi üzrə TƏDBİRLƏR PLANI 15.02.2020
|