Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında "ASAN xidmət" Mərkəzinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, "Naxçıvan şəhərində "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram: 1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında "ASAN xidmət" Mərkəzi yaradılsın. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 2.1. "ASAN xidmət" Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin; 2.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 19 fevral 2020-ci il 19.02.2020
|