"Yeni həyat" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc edilmişdir. Sual: Gömrük orqanlarının vəzifəli şəxsləri hansı hallarda gömrük ərazisində olan nəqliyyat vasitələrinə daxil olmaq hüququna malikdirlər? Cavab: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı hallarda gömrük ərazisində olan nəqliyyat vasitələrinə daxil olmaq hüququna malikdirlər: -nəqliyyat vasitəsi gömrük ərazisindən kənar ərazidən gömrük ərazisinə daxil olduqda; -nəqliyyat vasitəsi gömrük ərazisindən kənara çıxdıqda; -nəqliyyat vasitəsi gömrük ərazisindən kənar əraziyə daxil olmaq üçün gömrük ərazisindən tranzitlə keçdikdə; -gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində gömrük ödənişləri ödənilməmiş, aparılması və ya gətirilməsi qadağan olunmuş malların daşınmasını ehtimal etdikdə; -gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda. 21.02.2020
|