19:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 14-də "Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
 
 
 
   Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq arxiv işi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. "Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin".
 
         16.03.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).