"Oğuz yurdu" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc edilmişdir. Sual: Vergi öhdəliyinə hansı hallarda xitam verilmiş hesab olunur? Cavab: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur: -verginin ödənilməsi; -verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə; -vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə.; -Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə. -Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda. 16.03.2020
|