"Arazın səsi" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc edilib. Sual: Şəxs hansı hallarda vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz? Cavab: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: -vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; -vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; -vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; -vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 19.03.2020
|