15:22 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Yeni həyat" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc edilib.
 
Sual: Hansı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər?
Cavab: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər:
-xüsusi mülkiyyətdə olan torpaqlar; 
-bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; 
-girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov (ipoteka) predmeti sayılan torpaq sahələri; 
-özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; 
-dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları;
-bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.
Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar icarə hüququnda verilə bilər.
 
19.03.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).