19:14 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılsın.
2. "Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası" təsdiq edilsin.
3. Müəyyən edilsin ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 24 mart 2020-ci il
 
25.03.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).