|
«Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Naxçıvan Muxtar Respublikasının 2008-ci il 08 yanvar tarixli Qanununun tətbiq edilməsi barədə NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI «Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Naxçıvan Muxtar Respublikasının 2008-ci il 08 yanvar tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti «Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Naxçıvan Muxtar Respublikasının 2008-ci il 08 yanvar tarixli Qanunundan irəli gələn məsələləri həll etsin. 2. Bu fərman imzalandığı gündən qüvvəyə minir. VASİF TALIBOV Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhəri, 08 yanvar 2008-ci il ¹ 108 - III FR
|