|
«Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi haqqında NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI «Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: - Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətinin həyata keçirilməsi üçün onu zəruri bina, avadanlıq, rabitə, nəqliyyat, başqa təşkilati-texniki vasitələrlə təmin etsin; - hər il Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin layihəsı hazırlanarkən ayrıca sətirlə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və onun aparatının fəaliyyətinin maliyyə və maddi-texnikı təminatı üçün müvafiq vəsaitin ayrılmasını nəzərdə tutsun; - öz səlahiyyətləri daxilində «Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin. 2. Bu fərman imzalandığı gündən qüvvəyə minir. VASİF TALIBOV Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhəri, 21 fevral 2006-cı il ¹ 9-III FR
|