|
Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN S Ə R Ə N C A M I Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhali məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqətdə saxlanılır. Bu sahədə görülən tədbirlərin nəticəsi olaraq muxtar respublikada "Ailə təsərrüfatı məhsulları" festivalları keçirilir, ailə təsərrüfatlarına zəruri dövlət maliyyə dəstəyi göstərilir. Ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, onların ixtisaslaşması və dövlət dəstəyinin artırılması məqsədilə 2019-cu il muxtar respublikada "Ailə təsərrüfatları ili" elan olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: "Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı" təsdiq edilsin. VASİF TALIBOV Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhəri, 18 yanvar 2019-cu il ¹ 320-05/S
|