|
"1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN S Ə R Ə N C A M I "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı" təsdiq edilsin. VASİF TALIBOV Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhəri, 31 yanvar 2018-ci il ¹ 216-05/S
|