3:15 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında

"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının 2023-cü il 5 oktyabr tarixli 30-VI QN nömrəli Qanununun tətbiqi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 3-cü və 22-ci bəndini rəhbər tutaraq "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının 2023-cü il 5 oktyabr tarixli 30-VI QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
1.1. Naxçıvan Muxtar Respublikası qanunlarının və Azərbaycan Respublikası Ali Məclisi sədrinin aktlarının "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının 2023-cü il 5 oktyabr tarixli 30-VI QN nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə edilsin ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının 2023-cü il 5 oktyabr tarixli 30-VI QN nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
 
Anar İBRAHİMOV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin müavini:
 
Naxçıvan şəhəri, 05 oktyabr 2023-cü il













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).