10:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi

"İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ndə nəzərdə tutulmayan tibbi sənədlərin alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən bir sıra tibbi xidmətlərin siyahısı"nın təsdiq edilməsi haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN Q Ə R A RI
 
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müraciətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
 
1."İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ndə nəzərdə tutulmayan tibbi sənədlərin alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən bir sıra tibbi xidmətlərin siyahısı" bu Qərarın əlavəsinə uyğun olaraq təsdiq edilsin.
 
2.Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
 
3.Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
 
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov
 
Naxçıvan şəhəri, 12 mart 2021-ci il
¹ 61













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).