|
Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır: 1.Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 (əlli) manat həcmində müavinət müəyyən edilsin. 2.Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 (əlli) manat həcmində müavinət müəyyən edilsin. 3.Göstərilən məqsədə tələb olunan xərclərin ödənilməsi dövlət büdcəsində "Təhsil xərcləri" üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin edilsin. 4.Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. 5.Bu Qərar imzalandığı gündən qüvvəyə minir. Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Naxçıvan şəhəri, 15 fevral 2021-ci il ¹ 44
|