Meşədən istifadəyə qoyulan əsas tələblər hansılardır. Azərbaycan Respublikasının Meşə Məcəlləsinə əsasən meşədən istifadəyə qoyulan tələblər aşağıdakılardır: -meşələrdən fasiləsiz və səmərəli istifadə; -əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və iqtisadiyyatın inkişafı üçün meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu və digər funksiyalarının saxlanması və gücləndirilməsi; -meşədən istifadə qaydalarının meşələrin əhəmiyyətindən, yerinə yetirdikləri funksiyalarından, yerləşməsindən, təbii və iqtisadi şəraitdən asılı olaraq müəyyənləşdirilməsi; -meşələrin bərpası üçün şəraitin yaradılması; -meşədən istifadənin ödənişli olması; -meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi. 29.04.2020
|