15:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ümumi mülkiyyət nədir və necə yaranır.
 
Ümumi mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hüququ əsasında iki və ya bir neçə şəxsə mənsub olması deməkdir. Bu halda bir əşyaya eyni zamanda bir neçə şəxsin mülkiyyət hüququ olur.
Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən və qanuna görə bölünməli olmayan əşyanın, qanunda və müqavilədə nəzərdə tutulduğu halda isə bölünən əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Ümumi mülkiyyət əsasən, vərəsəlik, nikaha daxil olma, özəlləşdirmə, kəndli təsərrüfatının yaradılması və s. əsaslarla yaranır.
Ümumi mülkiyyətdə olan əşyaya mülkiyyətçilər birlikdə sahiblik edir, ondan istifadə edir və onun barəsində sərəncam verirlər. Buna görə də hər bir mülkiyyətçi ümümi mülkiyyətdə olan əşyanın mühafizəsində və salamatlığında maraqlıdır. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində ümumi mülkiyyətin iki növü nəzərdə tutulmuşdur: ümumi mülkiyyətdə mülkiyyətçilərin hər birinin payının müəyyənləşdirildiyi paylı mülkiyyət; ümumi mülkiyyətdə mülkiyyətçilərin paylarının müəyyənləşdirilmədiyi birgə mülkiyyət.

 
         29.04.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).