21:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub.
 
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "Biz müstəqillik şəraitində həyatımızın bütün sahələrini vətəndaşlarımızın tələbatına uyğun olaraq inkişaf etdirməli, qurub yaratmalıyıq".
Bu gün muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərini əhatə edən inkişaf, sabitlik və rifah ümummilli liderin siyasi xəttinin bəhrəsidir. Culfa şəhərində və rayonun kəndlərində aparılan quruculuq işləri insan amilinə verilən dəyəri ifadə edir. Rayonda dayanıqlı iqtisadi sistemin formalaşdırılması, yeni iş yerlərinin açılması sakinlərin rahat yaşayışına səbəb olmuş, abadlıq-quruculuq tədbirləri Culfa şəhərini müasir görkəmə qovuşdurmuşdur.
Mayın 15-də Culfa şəhərinin Heydər Əliyev prospekti əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, görülən işlərlə tanış olmuşdur.
 
 
Məlumat verilmişdir ki, Heydər Əliyev prospekti yenidən qurulmuş, 2700 metrlik avtomobil yolu genişləndirilərək yeni asfalt örtük salınmış, 78 su keçidi qoyulmuşdur. 4 zolaqlı yolda 58 yeni işıqlandırma dirəyi quraşdırılmış, kənarlarda səki salınmış, 2053 metr uzunluğundakı suvarma sistemləri yenisi ilə əvəz olunmuşdur.
 
 
Prospektdəki 7 ictimai yaşayış binasının fasadı, fərdi yaşayış evlərinin isə çardaq və hasarları da təmir edilmişdir.
 
           16.05.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).