23:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Mənzil fondu nədir.?
 
Qanunvericiliyə əsasən, mənzil fondu dedikdə Azərbaycan Respublikası ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusu nəzərdə tutulur. 
Mülkiyyət formasına görə mənzil fondu xüsusi, dövlət və bələdiyyə mənzil fonduna bölünür. Xüsusi mənzil fonduna fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin, dövlət mənzil fonduna mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin, bələdiyyə mənzil fonduna isə bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu daxildir.
İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu xüsusi və sosial təyinatlı mənzil fonduna bölünür. Xüsusi təyinatlı mənzil fonduna ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş, sosial təyinatlı mənzil fonduna isə sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilən dövət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu daxildir.
Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır.
 
           04.06.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).