18:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərər hansı qaydada ödənilir.? 
 
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər.
Zərərin ödənilməsinə görə alınan məbləğlər ətraf mühitin mühafizəsi fondlarına, qanunvericiliklə müəyyən edilmiş hallarda isə zərər çəkmiş hüquqi və ya fiziki şəxsin hesabına köçürülür.
Vətəndaşların sağlamlığına və əmlakına vurulmuş zərərin həcminin müəyyən edilməsi qüvvədə olan qanunvericiliyə uyğun, zərərin ödənilməsi isə məhkəmənin qərarı əsasında həyata keçirilir.
Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir.
 
10.06.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).