12:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikada fəaliyyət göstərən könüllülərlə onlayn görüş keçirilib.
 
İyunun ayının 18-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə "Könüllü fəaliyyətinin hüquqi əsasları və könüllülərin hüquqları" mövzusunda muxtar respublikada fəaliyyət göstərən könüllülərlə onlayn görüş keçirilmişdir.
Həyata keçirilmiş onlayn görüşdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşı Arzu Qasımov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Həbibə Əliyeva və muxtar respublikada fəaliyyət göstərən könüllülər iştirak etmişdir.
 
 
"Zoom" platforması üzərindən keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, bu gün könüllü qismində müxtəlif qurumlarda, təşkilatlarda, tədbirlərdə çalışanların sayı durmadan artmaqdadır. Lakin bir çox hallarda könüllü olaraq çalışanlar qanunla hansı hüquq və vəzifələrə malik olması barədə məlumatlı deyillər. Nəticədə, könüllülərin əməyi istismar olunur, onların fəaliyyəti qanunla deyil, şifahi razılaşmalarla tənzimlənmiş olur. Könüllü fəaliyəti ilə məşğul olmaq niyyətində olan istənilən şəxsin öz hüquqi statusunu, yəni hüquq və öhdəlikərini bilməsi onu gələcəkdə yarana biləcək problemlərdən qorumuş olur. 
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova "Könüllülük fəaliyyəti və könüllülük sahəsində qanunvericilik" mövzusunda çıxış edərək bildirmişdir ki, könüllü fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. 
V.Bayramova "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu barədə məlumat verərək qeyd etmişdir ki, bu qanun könüllü fəaliyyətin yaranmasının hüquqi əsaslarını, könüllü fəaliyyətin əsas istiqamətlərini, könüllü şəxslərin, eləcə də könüllü fəaliyyətin təşkilatçılarının hüquq və vəzifələrini, könüllü fəaliyyətin iştirakçıları arasında yaranan münasibətlərin, o cümlədən dövlətimizin könüllü fəaliyyət sahəsində digər dövlətlərlə beynəlxalq əlaqələrin tənzimlənməsi qaydasını müəyyən edir.
Qeyd olunmuşdur ki, Ölkə Prezidenti cənab İlham Əliyev gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 30 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Sərəncam imzalanmışdır. 2020-ci ilin "Könüllülər ili" elan edilməsi Azərbaycanda gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Sonra tədbirdə Gənclər Fondunun əməkdaşı Arzu Qasımov "Könüllülərlə iş və könüllü fəaliyyətinin iştirakçıları arasında münasibətlərin tənzimlənməsi" və Ədliyyə Nazirliyinin əməkdaşı Həbibə Əliyevanın "Könüllülərin hüquq və vəzifələri nələrdir" mövzusunda çıxışları dinlənilmişdir.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış könüllülərin təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
 
             18.06.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).