12:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi qanunvericilikdə necə tənzimlənir.?
 
Qanunvericiliyə əsasən, mülkiyyətçi öldükdə ona məxsus olan torpaq sahəsinin hamısı və ya onun bir hissəsi üzərində olan mülkiyyət hüququ vərəsəlik qaydasında vəsiyyət üzrə və ya qanun üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və formada vərəsələrə keçir. Qeyd etmək lazımdır ki, vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrin qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.
Vərəsəlik üzrə torpaq sahəsinin verilməsi müstəsna olaraq torpaq sahəsinin mülkiyyətçisinin iradəsindən asılıdır. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan torpaq dövlətə keçir. 
Dövlət və bələdiyyə torpaqları yalnız istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər.
Torpaq sahəsi vərəsəlik qaydasında yetkinlik yaşına çatmamış şəxsə keçdikdə, onun qanuni müvəkkilləri həmin torpaq sahəsini vərəsə yetkinlik yaşına çatana qədər icarəyə verə bilərlər.
 
22.06.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).