Ər-arvadın əmlakının hüquqi rejimi nədir.? Nikah bağlandıqdan sonra ər-arvad arasında şəxsi qeyri-əmlak hüquq münasibətləri ilə yanaşı, əmlak hüquq münasibətləri də yaranır. Qanunvericilikdə ər-arvadın əmlak hüquq münasibətlərinin iki hüquqi rejimi, yəni ər-arvadın mülkiyyət üzərində əmlak hüquqları və vəzifələrinin həyata keçirilməsinin iki hüquqi qaydası müəyyən olunur. Bu rejimlərdən biri ər-arvadın əmlakının qanuni rejimidir. Belə ki, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Ər-arvad arasında başqa razılaşma əldə olunmamışdırsa, ümumi birgə mülkiyyət üzərində ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ər-arvadın əmlakının digər rejimi isə müqavilə rejimidir. Belə ki, ər-arvad qarşılıqlı razılaşma əsasında onlara məxsus olan ümumi birgə mülkiyyət üzərində əmlakın qanuni rejimindən fərqli əmlak hüquqları və vəzifələri müəyyən edən saziş (nikah müqaviləsi) bağlayaraq ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. 07.07.2020
|