9:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı.
 
 

Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər və maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin müasir tədris avadanlıqları ilə təmin olunması, pedaqoji heyətin təkmilləşdirmə kurslarına cəlbi, kimya və biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi yeni tipli təhsil müəssisəsinin yaradılmasını zəruri etmişdir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq kimya-biologiya fənlərinin səmərəli tədrisini təmin etmək məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri    Vasif TALIBOV
 
Naxçıvan şəhəri, 4 avqust 2020-ci il
 
          05.08.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).