12:15 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiya dedikdə nə nəzərdə tutulur.?
 
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. 
Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. 
Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalara dövlət sirri təşkil edən məlumatlar, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, eləcə də, qanunla əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi və ailə həyatına dair məlumatlar aiddir.
Dövlət sirri təşkil edən məlumatların siyahısı "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində öz əksini tapmışdır.
 
     05.08.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).