3:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hansı hallarda gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitələrini saxlaya və yoxlaya bilər.?
 
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı hallardan birinin və ya bir necəsinin mövcudluğuna dair əsası olduqda nəqliyyat vasitəsini yoxlama aparmaq məqsədi ilə dayandırır və gömrük nəzarəti altında olma müddətindən çox olmamaq şərtilə həmin nəqliyyat vəsitəsini saxlayır:
• nəqliyyat vasitəsində gömrük ödənişləri ödənilməmiş, habelə aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş mallar olduqda;
• nəqliyyat vasitəsində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara əsasən təhlükəli hesab edilmiş mallar olduqda;
• nəqliyyat vasitəsində qanunvericiliyə zidd olaraq idxalı və ya ixracı nəzərdə tutulan mallar olduqda;
• Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin və ya gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması faktları barədə məlumatlar olduqda;
• malların qanunvericiliyə zidd qaydada idxalına və ya ixracına cəhdlə bağlı digər əsaslı dəlillər olduqda.
 
       20.08.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).