8:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Gömrük qanunvericiliyinə və beynəlxalq müqavilələrə uyğun olaraq hansı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır.?
 
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır:
- saxta kağız və metal pullar;
- gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 
- pornoqrafik materialları və ya əşyalar; 
- gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar.
Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən müsadirə edilməsi qanunla nəzərdə tutulmamışdırsa, dərhal müvafiq olaraq gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır.
 
25.09.2020 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).