23:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın Preventiv qrupu tərəfindən muxtar respublikanın polis şöbə və bölmələrinə başçəkmələr həyata keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Preventiv mexanizm qrupu Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən azadlıqdan məhrum etmə yerlərində, müvəqqəti saxlama təcridxanalarında, o cümlədən müvafiq sosial müəssisələrdə saxlanma şəraitini və vəziyyəti daim diqqətdə saxlayır, bu müəssisələrdə müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələr həyata keçirir. 
Buna uyğun olaraq cari ilin oktyabr ayı ərzində Müvəkkilin Preventiv qrupun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad, Culfa, Şərur və Şədərək rayon Polis Şöbələrində, Ordubad rayon Polis Şöbəsinin Biləv Polis Bölməsində, Culfa rayon Polis Şöbəsinin Əlincə Polis Bölməsində və Şərur rayon Polis Şöbəsinin İbadulla Polis Bölməsində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilmişdir. 
Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil edilmiş başçəkmələr zamanı qeyd edilən müəssisələrdə işçi heyətə yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması, onunla mübarizədə ölkəmizdə tətbiq edilən xüsusi məhdudlaşdırıcı tədbirlər və epidemiyadan qorunmaq üçün sosial məsafənin saxlanılması və gigiyena qaydalarına ciddi əməl olunması ilə bağlı maarifləndirici məlumat verilmiş, saxlanma şəraiti və rəftar məsələləri araşdırılmış, bütün kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılmış, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
29.10.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).