9:39 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Naxçıvana səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında olub. 
 
Noyabrın 10-da Türkiyə Respublikasının Baş Ombudsmanı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında olub və Müvəkkil Ülkər Bayramova ilə görüşüb. 
 
 
 
Türkiyə Respublikasının Baş Ombudsmanı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoç Azərbaycana səfəri çərçivəsində Gəncədə olduğunu, Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət etdiyini, həlak olan, yaralanan və zərər çəkən ailələrin yaxınları ilə görüşdüyünü, erməni terrorunun izləri ilə yerində tanış olduğunu və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı faktaraşdırıcı missiya həyata keçirdiyini və bununla bağlı müvafiq Bəyanat qəbul edildiyini qeyd edib.
Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç erməni terrorçuları tərəfindən qadağan olunmuş silahlardan istifadə etməklə Azərbaycan sərhədboyu bütün ərazilərində, o cümlədən Gəncə və Bərdə şəhərlərində törədilmiş terror aktlarının, çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnən hərbi təxribatların insan hüquqlarının pozulması faktı kimi qiymətləndirildiyini, bu faktların müvafiq qurumlara çatdırılmasında və haqq işinin müdafiəsində Azərbaycanın daim yanında olacağını bildirib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizin sərhəd rayonlarına, şəhər və kəndlərə, yaşayış məntəqələrinə və sosial obyektlərə müxtəlif növ iri çaplı artilleriya qurğuları və digər silahlardan atəş açdığını, nəticədə mülki əhali, o cümlədən, qadın və uşaqların qətlə yetirildiyini, mülki obyektlər və yaşayış evlərinin yararsız vəziyyətə düşdüyünü qeyd edib, işğalçı Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün, o cümlədən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin raket atəşinə tutulmasının beynəlxalq hüququn norma və prinsiplərinə, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə ziddiyət təşkil etdiyini və kobud hüquq pozuntusu faktı olduğunu vurğulayıb.
Ombudsman Ülkər Bayramova bildirib ki, tarix boyu işğalçı, təcavüzkar siyasət yeridən, mülki əhaliyə qarşı soyqırım törədən, qadın, uşaq, əlil, qoca demədən günahsız insanları qətlə yetirən, dövlətlərin suverenliyinə və ərazi bütovlüyünə qəsd edən, insanlıq əlehinə və müharibə cinayətləri törədən dövlətlər öz layiqli cavablarını alıb, haqq və ədalət hər zaman zəfər çalıb. 
Sonda Ombudsman Ülkər Bayramova ilə Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç arasında insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq hüquqda baş verən proseslər, insan hüquq və azadlıqları ilə bağlı görülən işlər, insan hüquqlarının müdafiəsi və hüquq mədəniyyətinin inkişafında Ombudsmanın rolu, o cümlədən insan hüquqlarının müasir problemləri barəsində fikir və təcrübə mübadiləsi aparılıb.
12.11.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).