21:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Viza verilməsi üçün hansı sənədlər tələb olunur.?
 
 

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən viza əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə, vizada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəddir.
Viza verilməsi üçün müvafiq kateqoriya şəxslərdən nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket, pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri, biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm), tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə), viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd, nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dəvətin səbəbini təsdiq edən sənəd, Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur), səfərin məqsədindən asılı olaraq, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 25-34-cü maddələrində göstərilən müvafiq sənədlər tələb olunur.
Həmçinin 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur. 
12.11.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).