9:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Dövlət qulluqçusuna hansı intizam tənbeh tədbirləri tətbiq edilə bilər.?

 
 
 
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması intizam məsuliyyətinə səbəb olur. 
Bu Qanunla nəzərdə tutulmuş tələbləri pozduqda dövlət qulluqçusu barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 
 
- töhmət;
 
- bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;
 
- həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;
 
- daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;
 
- ixtisas dərəcəsinin bir pillə aşağı salınması;
 
- dövlət qulluğundan azad edilməsi.
 
17.11.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).