12:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda Vətən müharibəsi şəhidləri böyük ehtiramla qarşılanıb.
 
Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır. Onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: "Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır".
Noyabrın 19-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı Baş konsulu və şəhidlərin ailə üzvləri də tədbirdə iştirak etmişlər.
Şəhid olan hərbi qulluqçularımız Eyvazov İslam Həsən oğlunun, Məmmədov Araz Qəhrəman oğlunun, Məmmədzadə Pərviz Zahid oğlunun və Rüstəmov Basid İdris oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.
Sonra "Qurani-Kərim"dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi.
Şəhidlərin cənazələri doğulduqları şəhər və kəndlərə yola salındı.
Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.
 
20.11.2020 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).