10:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müəlliflik hüququ necə yaranır.?
 
"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.
Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində göstərilən və üç ünsürdən - dairəyə alınmış S latın hərfi ©; müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); əsərin ilk dəfə dərc edildiyi il - ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır:
Kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə bilərlər.
Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir.
 
      26.11.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).