Ombudsmanın Preventiv qrupu tərəfindən noyabr ayı ərzində də bir sıra başçəkmələr həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Preventiv mexanizm qrupu Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən azadlıqdan məhrum etmə yerlərində, müvəqqəti saxlama təcridxanalarında, o cümlədən müvafiq sosial müəssisələrdə saxlanma şəraitini və vəziyyəti daim diqqətdə saxlayır, bu müəssisələrdə müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələr həyata keçirir. Buna uyğun olaraq cari ilin noyabr ayı ərzində Müvəkkilin Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Dəmir Yolu Nəqliyatında Polis Şöbəsində, Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirmiş, habelə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində olmuşlar. Başçəkmələr Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında həyata keçirilmişdir. Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir. 30.11.2020
|