12:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əməyin mühafizəsi üzrə işçilərin öyrədilməsi hansı formada həyata keçirilir.?
 
 
"Əməyin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən müdiriyyət işə yeni qəbul edilən, habelə başqa işə keçirilən işçilərin hamısına əməyin mühafizəsi üzrə təlimat verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərər çəkənlərə ilk yardım göstərməyin öyrədilməsini təşkil etməlidir.
Yüksək təhlükəli istehsalatlara və ya peşə vərdişləri tələb edən işlərə qəbul edilən işçilər əməyin mühafizəsi üzrə qabaqcadan təlim keçir, imtahan verir və sonralar vaxtaşırı attestasiya olunurlar. 
Müəssisələrin və təşkilatların bütün işçiləri, o cümlədən rəhbərləri onların peşələri və iş növləri üçün dövlət nəzarəti orqanları tərəfindən müəyyən edilmiş qaydada və müddətlərdə təlim keçməli, təlimatlandırılmalı, attestasiya olunmalı, onların bilikləri yoxlanılmalıdır.
Müəyyən edilmiş qaydada, əməyin mühafizəsi. üzrə təlim keçməmiş, təlimatlandırılmamış və bilikləri yoxlanılmamış şəxsləri işə buraxmaq qadağandır.
Dövlət nəzarəti orqanlarının və ya həmkarlar ittifaqları yanında texniki əmək müfəttişliyinin tələbi ilə biliklərin plandankənar yoxlanışları keçirilir. Biliyi təkrar yoxlanılmayan şəxslər vəzifəsindən azad edilirlər.
 
                03.12.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).