18:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Kəngərli rayonunda telekommunikasiya sistemi və Rabitə Evi istifadəyə verilib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə olduğunu bildirərək demişdir: "Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq".
Bu gün muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yaşayış məntəqələri tamamilə telefonlaşdırılmış, müasir rabitə sistemləri qurulmuş, sürətli internetə çıxış təmin olunmuşdur. Bu tədbirlərin davamı kimi dekabrın 8-də Kəngərli rayonunda telekommunikasiya sistemi və yeni Rabitə Evi istifadəyə verilmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
 
 
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyev çıxış edərək demişdir ki, muxtar respublikada əldə edilmiş sosial-iqtisadi inkişaf rabitə və yeni texnologiyalar sahəsini də əhatə etmişdir. Əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilmiş, rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olunmuş, ən ucqar dağ kəndlərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilmişdir. Hazırda muxtar respublikada montaj tutumu 95 min 128 abunə yerlik avtomat telefon stansiyalarından 70 min 585 abonent istifadə edir. Bunlarla yanaşı, istismar olunan 214 avtomat telefon stansiyasından 195-i və yaxud 91 faizi yeni nəsil texnologiyalara əsaslanır. 39 min 203 abonent isə geniş zolaqlı internet istifadəçisidir. Bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq transavrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı təmin edilmişdir. Fiber-optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı təmin edilmiş, bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin edilmişdir. Vüsal Sevdimalıyev yaradılan şəraitə görə bütün rabitə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Kəngərli Rayon Rabitə İdarəsinin əməkdaşı Qasımov Emil rayon rabitəçiləri və sakinləri adından minnətdarlıq edərək demişdir: "Muxtar respublikada aparılan quruculuq işləri insanların həyat səviyyəsini günbəgün yaxşılaşdırır. Kollektivimiz heç vaxt bugünkü qədər müasir və rahat iş şəraiti ilə təmin olunmamışdı. Burada sakinlərə nümunəvi poçt və rabitə xidmətlərinin göstərilməsi üçün bütün şərait yaradılmışdır. İstər binanın tikilib istifadəyə verilməsi, istərsə də yeni nəsil telekommunikasiya sistemlərinin qurulması rayonumuzda rabitənin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Artıq Kəngərli rayonunun bütün yaşayış məntəqələrində insanlar ən müasir rabitə xidmətindən istifadə edəcəklər. Bu da insan amilinə verilən dəyərin əyani sübutudur".
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün Kəngərli rayonunun həyatında əlamətdar gündür. Rabitə Evi üçün yeni bina istifadəyə verilir. Kəngərli rayonu 1 qəsəbə, 10 kənddən ibarətdir. Rayonda 33 minə yaxın əhali yaşayır. Əhaliyə rabitə xidmətləri göstərmək üçün 4550-ə yaxın nömrə tutumu olan 12 avtomat telefon stansiyası quraşdırılmışdır. Bu gün əhalinin 4400-ə yaxını sabit telefon şəbəkəsindən, 2 minə yaxını isə internetdən istifadə edir. Rayonda "Naxtel", "Azercell", "Bakcell", "Azerfon" mobil operatorları fəaliyyət göstərir, əhalinin bütün təbəqələri həm stasionar, həm də mobil telefon xidməti ilə təmin olunub. Bu da əhalinin dünyada və ölkədə baş verən hadisələri operativ şəkildə izləməyə, eləcə də insanların bir-biriləri ilə rahat əlaqə saxlamalarına imkan verir.
"Rabitə və poçt xidmətlərinin təşkili bölgənin ümumi inkişafının əsas göstəricilərindəndir",-deyən Ali Məclisin Sədri bildirmişdir ki, əhalini poçt xidmətləri ilə təmin etmək üçün "Naxçıvanpoçt" Publik Hüquqi Şəxsin Kəngərli rayonunda filialı və 12 bölməsi yaradılmış, müasir iş şəraiti ilə təmin olunmuşlar. Əhalinin ən çox müraciət etdiyi və ən çox tələbat duyduğu sahələrdən biri rabitə və poçt xidmətləridir. Bütün bunlar nəzərə alınaraq vaxtilə bu ərazidə rayon yaradılarkən rabitə və poçt şəbəkəsinin də qurulması işlərinə başlanılmış, bu gün yeni Rabitə Evinin istifadəyə verilməsi ilə işlər uğurla başa çatdırılmışdır. Ötən dövrdə rayonda 32-i rabitə, 20-i isə poçt bölməsində olmaqla, 52 mütəxəssis yetişmişdir. Bu sahədə mütəxəssis hazırlığı vacib məsələdir. Ona görə ki, bu gün bütün sahələrdə yeni texnologiyalar tətbiq olunur. Əgər onların qurulması, idarə edilməsi yerli mütəxəssislər tərəfindən aparılmırsa, sonrakı dövrlərdə həmin texnologiyaların istismarında müəyyən çətinliklər yaranır. Muxtar respublikada optik kabellərin çəkilməsi və birləşdirilməsi, müasir rabitə sistemlərinin qurulması, yeni texnologiyaların tətbiqi yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bu, uğurlu nailiyyətdir və imkan verir ki, qurulanlar uzun müddət istismar olunsun. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada ən ucqar kəndlərdən şəhər mərkəzlərinə qədər hər yerdə sürətli internetə çıxış vardır.
Ali Məclisin Sədri kollektivə fəaliyyətlərində uğurlar arzulamış, rabitə və poçt xidmətlərinin nümunəvi təşkili, yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan Rabitə Evində Kəngərli Rayon Rabitə İdarəsi, "Naxtel" müştəri xidmətləri, "Naxçıvanpoçt" publik hüquqi şəxsin Kəngərli Rayon filialı yerləşir. Kəngərli Rayon Rabitə İdarəsi 6, "Naxçıvanpoçt" Publik Hüquqi Şəxsin rayon filialı isə 12 kompüterlə təchiz edilmiş, həyətdə anbar və qaraj tikilmiş, generator quraşdırılmışdır.
Ali Məclisin Sədri Kəngərli rayon telekommunikasiya sistemini işə salmışdır.
  
 
Bildirilmişdir ki, rayon ərazisində 12 avtomat telefon stansiyası quraşdırılmış və bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Yeni inşa olunan Rabitə Evində yerləşən 352 nömrəlik mərkəzi avtomat telefon stansiyası vasitəsilə 167 abonentə rabitə xidməti, 78 abonentə isə genişzolaqlı internet xidməti göstəriləcəkdir. Həmçinin Kəngərli rayonunda 4-cü nəsil "Naxtel" mobil operatorunun bütün yaşayış məntəqələrini əhatə edən 7 baza stansiyası, eləcə də "Azercell", "Bakcell" və "Azerfon" mobil operatorlarının baza stansiyaları mövcuddur.
 
 
"Naxçıvanpoçt" Publik Hüquqi Şəxsin Kəngərli rayon filialı 12 poçt bölməsindən ibarətdir. Müasirtipli binalarla təmin olunmuş bütün poçt bölmələri kompüterləşdirilmiş və POS-terminallar quraşdırılmışdır. Poçt bölmələrində ənənəvi xidmətlərlə yanaşı kommunal ödənişlərin, sığorta və üzvlük haqlarının, dövlət yol polisi cərimələrinin, bələdiyyə rüsumlarının və kreditlərin ödənilməsi, pensiya və sosial yardımların paylanması həyata keçirilir. Bundan başqa poçt bölmələrində əhaliyə itmiş əşyaların sahibinə çatdırılması və "Naxtel" müştəri xidmətləri də göstərilir.
 
                09.12.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).