12:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hansı kateqoriya şəxslərə rəsmi səfər vizası verilir.?
 
 
 
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən rəsmi səfər vizası xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu vizalarda ölkədə qalma müddəti verilən vizanın etibarlılıq müddəti ilə müəyyən edilir.
Rəsmi səfər vizası, eyni zamanda Azərbaycan Respublikasında keçirilən rəsmi tədbirlərdə və görüşlərdə iştirak edəcək əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də verilir və bu vizalarda ölkədə qalma müddəti 180 günədək müəyyən edilir.
 
        12.12.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).