4:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikada qeyri-hökumət təşkilatlarının fəaliyyəti diqqət mərkəzində saxlanılır.
 
Dekabrın 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin iclas zalında tədbir keçirilmişdir.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Zülfü İsmayılov, Həbibə Əliyeva və muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyinin əməkdaşı Zülfü İsmayılov açaraq bildirmişdir ki, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqədar zəruri qanunvericilik bazası yaradılmış, müasir dövrdə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilmişdir.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev "Qeyri-hökumət təşkilatlarının ictimai həyatda rolu" mövzusunda çıxış edərək bildirmişdir ki, çağdaş dövrümüzün ictimai təsisatları olaraq, qeyri-hökumət təşkilatları hüquqi dövlət quruculuğu, ictimai-siyasi həyatın dåmīkratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qīrunması, cəmiyyətdə harmīnik və sabit inkişafın təmin ådilməsində əhəmiyyətli rol oynayırlar. Eyni zamanda vətəndaş cəmiyyətinin aparıcı seqmenti kimi, qeyri-hökumət təşkilatları üçüncü såktīrun, ümumilikdə cəmiyyətin sosial-iqtisadi inkişafının ən müxtəlif istiqamətlərinə - sülh və təhlükəsizliyin, dinc birgəyaşayışın təmin olunmasına, bəşəriyyəti narahat edən problemlərin həllinə böyük töhfə verirlər.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran başlıca vəzifələrdən biri vətəndaş cəmiyyətinə və hüquqi dövlət quruculuğuna keçidi sürətləndirmək idi. 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə demokratiya, siyasi plüralizm və vətəndaş cəmiyyətinin qurulması əsas məqsədlər kimi müəyyən edilmiş, vətəndaşları cəmiyyət və dövlətin həyatında fəal rol oynamağa səsləyən ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün tələb olunan normativ-hüquqi baza yaradılmağa və təkmilləşdirilməyə başlanılmlışdır.
Məruzəçi diqqətə çatdırmışdır ki, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması müxtəlif sahələri əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatlarının cəmiyyətimizdəki demokratik proseslərə qoşulmasına, onların dövlət orqanları və beynəlxalq qurumlarla səmərəli əlaqələrinin qurulmasına geniş imkanlar açmışdır.
Məruzəçi çıxışına əlavə edərək qeyd etmişdir ki, ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməkdədir. Ötən müddət ərzində bu sahədə bir çox hüquqi islahatların aparıldığını deyən məruzəçi bildirib ki, muxtar respublikamızda da bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutlarına da xüsusi diqqət və qayğı göstərilir, bu sahədə təqdirəlayiq addımlar atılır. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 16 may tarixli Fərmanı bunun bariz nümunəsidir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikamızda bütün münasibətlər sahəsində ictimai təşkilatlar fəaliyyət göstərir, vətəndaşlar bu cür təşkilatlarda birləşərək öz maraqlarını təmin etməyə çalışırlar.
Sonra tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşı Həbibə Əliyevanın "Qeyri-hökümət təşkilatlarının fəaliyyətinin qanunvericilikdə tənzimlənməsi" mövzusunda çıxışı dinlənilmişdir.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
18.12.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).