1:25 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yaralı hərbçilərlə görüşüb.
 
Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Bu müharibədə xalqımız yüzlərlə şəhid verdi, yaralanan hərbi qulluqçularımız oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb, normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq...".
Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsi, eləcə də onların sağlamlıqlarının bərpası diqqətdə saxlanılır.
Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşmüşdür.
 
 
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.
Ali Məclisin Sədri hospitalda müalicə olunan hərbçilərin səhhəti və qidalanması ilə maraqlanmış, onlarla söhbət etmiş, Vətən müharibəsində göstərdikləri şücaətin qürurverici olduğunu bildirmişdir.
 
 
Yaralı hərbi qulluqçu, "Azərbaycan bayrağı" ordenli mayor Təbriz Zeynalov öz adından və döyüş yoldaşları adından minnətdarlıq edərək demişdir ki, dövlətin qayğısını daim üzərimizdə hiss edirik. Həkimlər sağlamlığımızın bərpasına hərtərəfli kömək edirlər. Biz də bu qayğıya cavab olaraq ordu sıralarına qayıtdıqdan sonra xidmətimizi yenə də uğurla davam etdirəcəyik.
Hospitalda müalicə alan yaralı hərbi qulluqçulara hədiyyələr təqdim olunmuş, aparılan şirniyyatlar mətbəxə verilmişdir. 
 
              22.12.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).