11:39 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm funksiyasının icrası təmin edilmişdir.
 
Müvəkkilin preventiv mexanizm funksiyasının icrası 2020-ci ildə də təmin edilmişdir. Belə ki, təsdiq edilmiş başçəkmə cədvəlinə uyğun olaraq cari ilin ötən dövrü ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmələr həyata keçirilmişdir.
2020-ci ilin dekabr ayı ərzində Müvəkkilin Preventiv qrupun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kəngərli, Şərur, Sədərək, Ordubad, Culfa, Şahbuz rayon Polis Şöbələrində və Ordubad rayon Polis Şöbəsinin Biləv Polis Bölməsində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilmişdir.
Başçəkmələr Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında həyata keçirilmişdir.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
  
       28.12.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).