3:12 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Tranzit keçidi dedikdə nə nəzərdə tutulur və hansı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin tranzit keçidi üçün tranzit vizası tələb olunmur.?
 
 
 
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hər hansı bir dövlətdən Azərbaycan Respublikasının ərazisinə girişi və Azərbaycan Respublikasının ərazisində müəyyən olunmuş marşrut üzrə hərəkət edərək üçüncü ölkəyə çıxışı həmin şəxsin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi hesab olunur.
Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə qanunla nəzərdə tutulmuş qaydada tranzit vizası verilir.
Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə imkan verən digər vizalar verilmiş olduqda, hava nəqliyyatı sərnişinləri təyyarə dəyişmədən Azərbaycan Respublikasının ərazisindən tranzitlə uçduqda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hava limanında təyyarə dəyişməklə təyinat ölkəsinə getdikdə, həmçinin Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətin vətəndaşları tranzitlə keçdikdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin tranzit keçidi üçün tranzit vizası tələb olunmur.
 
     19.01.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).